AZ

Belarusla saziş təkcə fərdi vətəndaşların deyil, biznes subyektlərinin də fəaliyyətinə müsbət təsir göstərəcək – Elçin Mirzəbəyli

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus RespublikasıHökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması vədəyişdirilməsi haqqında Saziş” mahiyyət etibarilə geniş siyasi,iqtisadi və humanitar məzmun kəsb edən beynəlxalq sənəddir. Busənəd hüquqi baxımdan vətəndaşların sürücülük vəsiqələrininqarşılıqlı tanınması və sadələşdirilmiş qaydada dəyişdirilməsininəzərdə tutur.

Trend xəbərverir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat ElçinMirzəbəyli parlamentin bugünkü plenar iclasında Sazişin təsdiqedilməsi barədə qanun layihəsinin təqdimatı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan və Belarus arasındamünasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etibarlıtərəfdaşlıq əsasında inkişaf edib. Bu münasibətlər təkcə siyasidialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, sənaye, kəndtəsərrüfatı, nəqliyyat və logistika sahələrində konkret layihələrvə qarşılıqlı maraqlar üzərində qurulub:

“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarasıəlaqələrin effektivliyi bu münasibətlərin birbaşa vətəndaşlarıngündəlik həyatına təsiri ilə ölçülür. Bu saziş isə Azərbaycan vəBelarus vətəndaşlarının hərəkət imkanlarını genişləndirir və əlavəbürokratik maneələri aradan qaldırır.

Digər tərəfdən, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasıdövlətlər arasında hüquqi sistemlərə və inzibati institutlara olanyüksək etimadın göstəricisidir. Belə bir mexanizmin tətbiqi odeməkdir ki, tərəflər bir-birinin standartlarını, təhlükəsizlikmeyarlarını qəbul edirlər”.

Deputat vurğulayıb ki, Sazişin nəqliyyat və logistikasahəsindəki əməkdaşlığa da müsbət təsiri var:

“Azərbaycan artıq regionun mühüm nəqliyyat və tranzitmərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərininkəsişməsində yerləşən ölkəmiz üçün beynəlxalq nəqliyyatəlaqələrinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Bubaxımdan, təqdim olunan saziş yalnız fərdi vətəndaşların deyil, həmdə biznes subyektlərinin fəaliyyətinə müsbət təsir göstərərəkiqtisadi əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.

Belə sənədlər dövlətlərarası münasibətlərin dayanıqlığını təminedən mühüm elementlərdən biridir. Çünki əməkdaşlıq nə qədər konkretvə praktik sahələrdə qurularsa, onun davamlılığı da bir o qədəryüksək olur”.

E.Mirzəbəyli əlavə edib ki, bugünkü mürəkkəb beynəlxalqşəraitdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli, çevik vəistisnasız olaraq milli maraqlara xidmət edən xarici siyasət məhzbelə münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə xidmətedir.

“Belarus ilə münasibətlər də bu siyasətin uğurluistiqamətlərindən biridir. Təqdim olunan saziş bu münasibətlərinhüquqi və praktiki əsaslarını daha da möhkəmləndirərək,əməkdaşlığın yeni sahələrdə genişlənməsi üçün zəmin yaradır.Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininyekdil rəyinə görə, sənədin qəbul edilməsi həm dövlətlərarasımünasibətlərin inkişafına, həm də vətəndaşlarımızın maraqlarınıntəmin olunmasına xidmət edəcək”, - deyə o fikriniyekunlaşdırıb.

Seçilən
9
az.trend.az

1Mənbələr