AZ

AİB 2025-ci ildə Qafqaz və Mərkəzi və Qərbi Asiyada inflyasiya ilə bağlı məlumatları təqdim edib

Bakı.Trend:

Türkiyədə inflyasiya nəzərə alınmaqla, Qafqaz, Mərkəzi və QərbiAsiya ölkələrində inflyasiya 2025-ci ildə 25,6 faiz təşkiledib.

Trend xəbər verirki, bunu Asiya İnkişaf Bankının Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrəbaş iqtisadçısı Corc Luarsabişvili (George Luarsabishvili) Bakıda“Asian Development Outlook 2026” icmalının təqdimatı zamanıbildirib.

AİB-in məlumatına əsasən, Qazaxıstanda sərt pul-kreditsiyasətinə baxmayaraq, ərzaq məhsullarının ayrı-ayrıkateqoriyalarında və kommunal xidmətlərdə qiymət artımı, eləcə dəqazaxıstan təngəsinin Rusiya rubluna nisbətdə dəyər itirməsisəbəbindən inflyasiya sürətlənib.

“Türkiyədə inflyasiya 2025-ci il ərzində əhəmiyyətli dərəcədəyavaşlasa da, yüksək olaraq qalıb. Əsas təzyiqi ərzaq qiymətləri vədaha az dərəcədə enerji daşıyıcılarının qiymətləri göstərib; eynizamanda, xidmətlər sektorunda inflyasiya mallar üzrə inflyasiyanıüstələyib – bu tendensiya 2023-cü ildən başlayıb”, – deyə obildirib.

Qeyd olunub ki, inflyasiya Qırğızıstan Respublikasında qiyməttəzyiqlərinin güclənməsini əks etdirib ki, bu da ərzaqqiymətlərinin artımı, kommunal xidmət tariflərinin yüksəlməsi vəmilli valyutanın dəyər itirməsi ilə şərtlənib. Özbəkistanda isəsərt pul-kredit siyasəti və məzənnənin möhkəmlənməsi sayəsindəinflyasiya yavaşlayıb.

Luarsabişvili əlavə edib ki, Azərbaycan da daxil olmaqla MərkəziAsiya və Qafqazın digər ölkələrində inflyasiya səviyyələribalanslaşdırılmış siyasət və xammal qiymətlərinin sabit qalmasınəticəsində nisbətən aşağı səviyyədə qalıb.

Məqalədə:
Seçilən
15
az.trend.az

1Mənbələr