AZ

"Sabah"ın U-18 komandası Çempionlar Liqasında "Borats"la qarşılaşacaq

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Far.Az" xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxacaq.

Komandanın rəqibi Serbiya təmsilçisi "Borats" olacaq. Qarşılaşma Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xatırladaq ki, "Sabah"ın U-18 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.

Seçilən
7
7
far.az

10Mənbələr