Çin prezidenti Si Cinpin Tayvanın ən böyük müxalifət partiyası olan Kuomintangın lideri Çjen Liven ilə tarixi görüş keçirib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, danışıqlar zamanı Si Cinpin Tayvan boğazının hər iki tərəfindəki insanların Çin millətinə mənsub olduğunu bildirib.
Dövlət başçısı vurğulayıb ki, beynəlxalq vəziyyət necə dəyişsə də, Tayvan boğazının hər iki tərəfindəki həmvətənlərimiz arasında yaxınlaşma meyli dəyişməyəcək.
Öz növbəsində, Çjen Liven gələcəkdə Tayvan boğazının "potensial münaqişələr üçün qaynar nöqtə olmaqdan çıxacağına" əminliyini ifadə edib.