AZ

Paşinyanın dəmir yolları planı: Seçkiönü gediş, yoxsa iqtisadi risk? – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ölkə dəmir yollarının idarəetməsini Rusiyadan (Cənubi Qafqaz Dəmir Yolları) alıb Qazaxıstan, BƏƏ və ya Qətər kimi ölkələrə vermək təklifi ekspertlər tərəfindən tənqidlə qarşılanıb. İqtisadçı İvan Lizan "Vzqlyad" qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın 2008-ci ildən qüvvədə olan 30 illik konsessiya müqaviləsini pozması barədə heç bir hüquqi əsas yoxdur. 

Paşinyanın "Rusiya ilə əlaqə investorları qorxudur" arqumentini əsassız sayan ekspert, Rusiya Dəmir Yollarının (RJD) yükdaşıma üçün sanksiya altında olmadığını vurğulayıb. Qeyd olunub ki, Ermənistanın tranzit potensialını hazırda məhz Rusiya təmin edir və bu əməkdaşlığın kəsilməsi ölkənin nəqliyyat sisteminin iflicinə səbəb ola bilər. 

Lizanın fikrincə, bu çıxışlar real iqtisadi layihədən çox, 7 iyun parlament seçkiləri ərəfəsində daxili auditoriyaya hesablanmış siyasi manipulyasiyadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr