AZ

“Mənəvi olaraq daha cavanam” 70 yaşlı Xanım

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün tanınmış şairə, bəstəkar Xanım İsmayılqızının doğum günüdür.

“Qafqazinfo” 70 yaşını qeyd edən bəstəkarla əlaqə saxlayıb. 

Xanım İsmayılqızı bildirib ki, özünü fiziki olaraq 70 yaşında hiss etsə də, mənəvi olaraq daha cavandır:

“Əslində 70 yaş deyəndə insan özü-özünə təəccüb edir. Bu yaşa çatmaq Allahın bir lütfüdür. Mən bu yaşa qədər yazıb-yaratdığım, ayaqda olduğum üçün Allahıma minnətdaram. 

Mənim üçün əsas olan diqqətdir. Bu ən yaxşı hədiyyədir. Əlbəttə, qadınlar hədiyyələri sevirlər, zinyət əşyalarını, çiçəkləri, ətirləri…Qadınlar bəzənməlidir, hər zaman diqqətdə saxlanılmalıdır. Ötən gündən etibarən mənə də çoxsaylı zənglər, çiçək dəstələri gəlir. Önəmli olan həmin hədiyyələrin nədən ibarət olması deyil, mənim üçün hər zəng böyük hədiyyədir. 

Yeni yaşımda özümə can sağlığı arzulayıram. Təkcə özümə yox, məni sevənlərin və sevdiklərimin, yaxınlarımın sağlam, həyatlarının gözəl olmasını arzulayıram. Çünki insan təkcə özünün yox, həm də ətrafındakıların sağlam, gözəl və uğurlu həyatının olduğunu görəndə daha da xoşbəxt olur”. 

Qeyd edək ki, X.İsmayılqızı 10 aprel 1956-cı ildə Bakıda, yazıçı İsmayıl Qarayevin ailəsində doğulub. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Dünya quraq”, “Unut məni”, “Gözlər”, “Qəm qalası” , “Doğma diyar”, “Mənim ağ göyərçinim” və s. musiqi albomlarının müəllifidir.

Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
qafqazinfo.az

1Mənbələr