AZ

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq

Bakı. Trend:

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrininqarşılıqlı tanınması və dəyişdirilməsi mümkün olacaq.

Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenariclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə BelarusRespublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlıtanınması və dəyişdirilməsi haqqında” Saziş 2026-cı il yanvarın16-da Bakı şəhərində imzalanıb.

Sazişin imzalanmasında əsas məqsəd hər iki dövlət arasındaavtomobil daşımalarının təhlükəsizliyini artırmaq, yol hərəkətiniyaxşılaşdırmaq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını vədəyişdirilməsini təmin etməkdir.

Sazişə əsasən Tərəflər səlahiyyətli qurumları tərəfindən özdövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmişdaimi və etibarlı sürücülük vəsiqələrinin qarşılıqlı olaraqtanıyırlar.

Sazişin müddəaları sürücülük vəsiqələrinin ixtisas imtahanındankeçmədən dəyişdirmək hüququnun həyata keçirilməsi, ərizə iləmüraciət qaydaları, müəyyən edilmiş daxili rüsumların ödənilməsi,sürücülük vəsiqələrinin ekvivalentliyi, nümunələrinin mübadiləsi,bunun üçün səlahiyyətli qurumların müəyyən edilməsi, zəruriməlumatların ötürülməsi, fikir ayrılıqlarının həlli və sairməsələləri tənzimləyir.

Sazişin digər müddəaları onun qüvvəyə minməsinə dair zəruridövlətdaxili prosedurları, Sazişin ləğvi və digər məsələləritənzimləyir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaqbir oxunuşda qəbul edilib.

Seçilən
3
16
az.trend.az

10Mənbələr