AZ

AİB Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada 2027-ci ilə qədər ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib

Bakı. Trend:

Yaxın illərdə bir sıra amillər Qafqazda, eləcə də Mərkəzi vəQərbi Asiyada iqtisadi artım tempini məhdudlaşdıracaq.

Trend-in Asiyaİnkişaf Bankı-na (AİB) istinadən verdiyi məlumata görə, regiondaÜDM artım tempi 2025-ci ildəki 4,6%-dən 2026-cı ildəproqnozlaşdırılan 4,2%-ə enəcək, bundan sonra isə 2027-ci ildə4,4%-ə qədər xəfif bərpa gözlənilir.

Bunun əsas səbəbləri kimi, Qazaxıstanda iqtisadiyyatınyavaşlaması göstərilir; burada neft hasilatı qiymətlərin artmasınabaxmayaraq, plato mərhələsinə çatır və istehsal gücünun son həddinəyaxınlaşır. Həmçinin Özbəkistanda ötən ilki sürətli artımdan sonratikinti sektorunda yavaşlama gözlənilir.

Eyni zamanda, qlobal tələbin zəifləməsinin ixraca təzyiqgöstərməsi səbəbindən Gürcüstan və Tacikistanda da artımınləngiməsi proqnozlaşdırılır.

Subregion ÜDM-nin 64%-nə cavab verən Türkiyədə isə 2026-cı ildəsabit daxili tələbin hesabına iqtisadi artımın sabit qalacağıgözlənilir. Bununla belə, Yaxın Şərqdəki münaqişə qısamüddətliperspektivdə iqtisadi aktivliyə mənfi təsir göstərə bilər.

2027-ci ildə isə uzunmüddətli istifadə mallarına xərclərinartması və tikinti sektorunun inkişafı hesabına iqtisadi artımınsürətlənəcəyi gözlənilir.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr