AZ

Konseptual baxışlar “holistik qiymətləndirmə” modelinə əsaslanır - MƏLEYKƏ ABBASZADƏ

Məleykə Abbaszadə çıxışında qiymətləndirmə sistemində müasir yanaşmalara da toxunaraq qeyd edib ki, konseptual baxışlar “holistik qiymətləndirmə” modelinə əsaslanır. Bu model çərçivəsində “Yüksəliş” və digər layihələrdə koqnitiv qabiliyyətlər, sosial kompetensiyalar, emosional zəka və psixoloji adaptivliyin qiymətləndirilməsi artıq uğurla tətbiq olunur.

SİA xəbər verir ki, bu sözləri Məleykə Abbaszadə “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.

Eyni zamanda diqqətə çatdırılıb ki, Dövlət İmtahan Mərkəzi qlobal qiymətləndirmə sisteminin bir hissəsi olmaqla yanaşı, milli yanaşmaların qorunması və inkişafına da xüsusi önəm verir. Bu çərçivədə Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) kimi milli standartların hazırlanması və kompetensiya modellərinin yaradılması beynəlxalq peşəkar mühitə verilən töhfə kimi dəyərləndirilib.

.

Müəllif: Günay Hacıyeva
Seçilən
1
1
sia.az

2Mənbələr