AZ

ABŞ hərbçiləri Pentaqon rəhbəri ilə mübahisə ediblər

İranın Küveytdəki bazaya zərbəsindən sağ çıxan ABŞ əsgərləri Pentaqon rəhbəri Pit Heqsetin verdiyi məlumata etiraz edərək, bölmələrinin təhlükəli vəziyyətdə olduğundan şikayətləniblər.

Herbiand.az bildirir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

“Müharibənin başlamasından bəri İranın ABŞ əsgərlərinə qarşı ən ölümcül hücumundan sağ çıxanlar Pentaqonun hadisələrlə bağlı verdiyi məlumata etiraz edərək, Küveytdəki bölmələrində 6 əsgərin ölməsindən və 20-dən çoxunun yaralanmasından sonra təhlükəli vəziyyətdə olduqlarını bildiriblər”, - məlumatda deyilib.

Bölmənin əsgərləri kanalın nümayəndəsi ilə danışarkən “İranın pilotsuz təyyarəsinin Küveyt bazasının müdafiəsindən “sürüşərək” keçə bildiyini” iddia edən Pentaqon rəhbəri Pit Heqsetin verdiyi məlumata etiraz ediblər.

“Onlardan birinin ələ keçirilmədən çətinliklə xilas olması iddiası yalandır. İstəyirəm ki, insanlar bölmənin özünü müdafiə etməyə hazır olmadığını bilsinlər. Bu, möhkəmləndirilmiş mövqe deyildi”, - anonimlik şərti ilə danışan bir hərbçi söyləyib.

Daha əvvəl CBS telekanalı Amerika rəsmilərinə istinadən iddia etmişdi ki, İranın Küveytdəki bazaya pilotsuz təyyarəsinin hücumu nəticəsində 15 Amerika əsgəri yaralanıb və əksəriyyəti xidmətə qayıdıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
11
herbiand.az

1Mənbələr