AZ

Arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi, mən də döydüm

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Abşeron rayonunda 72 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 13-də baş verib. Beyləqan rayon sakini, 1954-cü il təvəllüdlü Mehdi həmin gün gecə saat 00:30-da yaşadığı evdə arvadı Zəminə (adlar şərtidir – red.) ilə ev heyvanı olan pişik saxlamaq üstündə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar ailə-məişət münasibətləri zəminində mübahisə baş verib. O, həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, əl-yumruq zərbəsi ilə onun baş nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəminə ilə 1992-ci il də rəsmi olaraq ailə həyatı qurub, birgə nikahdan iki övladı var:“Bu ilin yanvarın 13-də, gecə saat 00:30-da yaşadığım evdə olarkən oğlum Vüsal üçün evə pişik gətirdim. Həmin vaxt arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi. Evdə həmin pişiyə baxa bilməyəcəyini, pişiyin evi batıracağını və pişiyin evdən aparılmasını istədi. Mən də Zəminənin pişiyi evdən göndərmək istədiyini gördüm. Ona pişiyin evdə saxlanılmasının heç kəsə problem olmayacağını dedim və öz iradımı söylədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək əlim ilə bir dəfə Zəminənin baş nahiyəsinə zərbə vurdum. İkinci dəfə Zəminəni əlim ilə vurmaq istədim. Amma Zəminə əlini başının qarşısına tutdu və əlim onun əl nahiyəsinə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı”.Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıq əldə edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr