Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanın Pop Divası Aygün Kazımova-nın 40 illik zəngin musiqi irsini əhatə edən növbəti "Best of Aygün 40” albomu bu gün dinləyicilərə təqdim olunacaq.
AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində sənətkarın illər boyu sevilən hitləri onun sənət dostları tərəfindən yenidən ifa edilib.
Alboma daxil olan məşhur "Lya lya fa” (Eşq) mahnısı Elçin Cəfərov tərəfindən səsləndirilib.
Müğənni bu ifanı xüsusi məclisdə Aygün Kazımova ilə duet şəklində təqdim edib.
Pop Divanın sənət dostları ilə bir araya gəldiyi bu çıxış dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aysel
Bu gönderiyi Instagram'da gör
Azxeber Life (@azxeber_life)'in paylaştığı bir gönderi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.