AZ

Türkiyə nəhəngi "Liverpul"un kapitanını heyətinə qatmağa hazırlaşır

BAKI, 10 aprel. TELEQRAF

Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərənin “Liverpul” klubunun niderlandlı futbolçusu Vircil van Deyki transfer etmək niyyətindədir

Teleqraf “Fotomaç”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”34 yaşlı müdafiəçinin durumunu yaxından izləyir.

“Qalatasaray” yaxın vaxtlarda oyunçu ilə rəsmi təmaslar quracaq. Van Deyk özü də yayda Premyer Liqa klubundan ayrılmaq istədiyindən, təkliflərə açıqdır.

Futbolçunun hazırkı bazar dəyəri 18 milyon avrodur.

Qeyd edək ki, niderlandlı futbolçu cari mövsümdə “Liverpul”un heyətində 47 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr