AZ

Çeçenistanda daşqınlar nəticəsində 4 mindən çox evə ziyan dəyib

Çeçenistanda (Rusiya) daşqınlar nəticəsində 90-a yaxın sosial təyinatlı obyekt və 48 körpü zədələnib.

"Report" xəbər verir ki, bu barədə regionun başçısı Ramzan Kadırov öz teleqram kanalında bildirib.

"Təbii fəlakət nəticəsində 19 mindən çox insanın yaşadığı 4 363 evə, 90 sosial təyinatlı obyektə, nəqliyyat və mühəndislik infrastrukturu obyektlərinə böyük ziyan dəyib. 438 avtomobil yolu hissəsi və 48 körpü, eləcə də kommunal təsərrüfat obyektləri zədələnib", - Kadırov yazıb.

Seçilən
21
2
far.az

3Mənbələr