AZ

İranla əlaqəli haker qrupu ABŞ-yə hücumları dayandıracağınıAÇIQLADI

İranla əlaqəli olduğu bildirilən haker qrupu ABŞ-yə qarşı kiberhücumları dayandıracağını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilib ki, “Handala” kimi tanınan qrup atəşkəsdən sonra ABŞ-yə qarşı əməliyyatları dayandırmaq qərarı verib, lakin teleqram kanalında yaydığı açıqlamada qeyd edib ki, yüksək rəhbərlikdən ABŞ ilə açıq qarşıdurmanı dayandırmaq barədə göstəriş alıb. Bununla yanaşı, Amerika infrastrukturunu hədəf almaq imkanlarının hələ də mövcud olduğu vurğulanıb.

Açıqlamada həmçinin bildirilib ki, İsrailə qarşı kiber əməliyyatlar davam etdiriləcək və “kiber müharibə”nin hər hansı hərbi atəşkəslə başa çatmayacağı qeyd olunub.

Aminə ŞAHSUVARQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr