AZ

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı (FOTO)

Ölkənin aparıcı banklarından biri olan Bank Respublikavə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasındamüvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondununvəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıqmüqaviləsi imzalanıb.

Müqaviləni “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədrininmüavini Elnur Həsənov və EMTA-nın İdarə Heyətinin sədr müaviniRövşən İsmayılov və imzalayıblar.

İmzalanma mərasimində Rövşən İsmayılov Fondun fəaliyyətistiqamətindən danışıb və bildirib ki, banklarla əməkdaşlıqvasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrətədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştlikreditlər veriləcək. O, Bank Respublika ilə əməkdaşlıqda həyatakeçiriləcək enerji səmərəliliyi layihələrinin uğurlu olacağınaümidvar olduğunu qeyd edib.

Elnur Həsənov qarşılıqlı əməkdaşlıqda Fondun yaratdığı imkanlarhesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsindəmaraqlı olduqlarını bildirib. Əməkdaşlıq müqaviləsi çərçivəsində buistiqamətdə layihələrin dəstəklənməsində mümkün perspektivləridiqqətə çatdırıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixliFərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını EnerjiMəsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTAAzərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixliFərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxsstatusu ilə yaradılıb.

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Bank
Bank
Bank
Seçilən
22
7
az.trend.az

9Mənbələr