AZ

UEFA Avropa Liqası: 1/4 finalda ilk oyunlar keçirilib

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları davam edib.

90deqiqe.Az xəbər verir ki, Almaniyada “Frayburq” İspaniyanın “Selta” klubunu qəbul edib və meydan sahibləri 3:0 hesabı ilə qələbə qazanıb.

Portuqaliyanın “Portu” kollektivi İngiltərənin “Nottinqem Forest” komandası ilə heç-heçə edib – 1:1.

İtaliyada keçirilən qarşılaşmada isə “Bolonya” İngiltərənin “Aston Villa” klubuna 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ötən gün Portuqaliyanın “Braqa” komandası evdə İspaniyanın “Betis” klubu ilə 1:1 hesablı heç-heçə edib.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

"Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə) 1:1

"Frayburq" (Almaniya) - "Selta" (İspaniya) 3:0

"Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə) 1:3

1/4 final mərhələsinin cavab görüşləri aprelin 16-da keçiriləcək.

Seçilən
5
1
90deqiqe.az

10Mənbələr