AZ

“ABŞ nin Yaxın Şərqdən uzaqlaşması qlobal güc balansını dəyişir”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“ABŞ-nin Yaxın Şərqdən mərhələli şəkildə uzaqlaşdığı müşahidə olunur”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov deyib:

“Bu proses qısa müddətdə tamamlanmayacaq. ABŞ həm Donald Tramp dövründə, həm də sonrakı mərhələdə bölgədə təsirini saxlamağa çalışacaq. Lakin ümumi tendensiya dəyişmir”.

Politoloq vurğulayıb ki, ABŞ əvvəlki gücünü bərpa etmək imkanında deyil və yaxın onilliklərdə bunun baş verməsi inandırıcı görünmür.

“Bu proses dünya düzənində ciddi dəyişiklik kimi qiymətləndirilir. Yaxın Şərqdə təsir bölgələrinin yenidən bölüşdürülməsi ehtimalı artır və bu, qlobal güc balansına təsir göstərə bilər”,-deyə politoloq əlavə edib.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr