Bakı, 10 aprel, AZƏRTAC
Fiziki şəxs Səfail Zəki oğlu Qənbərovun İrandan idxal etdiyi ümumi çəkisi 12 min 28 kiloqram “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı olduğu müəyyən edilib.
Uyğunsuzluqla əlaqədar məhsul partiyasının geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul olunub. Məhsullar mənşə ölkəsinə geri qaytarılıb.