AZ

İslamabad danışıqları nə vəd edir: Böyük razılaşma mümkündürmü?

“Bu gün İslamabadda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək. Görüşün nəticələrini əvvəlcədən demək çox çətindir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Onun sözlərinə görə, hər tərəf öz tələblərini israrla irəli sürəcək, müdafiə etməyə çalışacaq:

“Məlumdur ki, İran tərəfinin 10, ABŞ-nin isə 15 bəndlik təklifləri, şərtləri var. Böyük ehtimal ki, sadəcə müvəqqəti atəşkəs elan olunacaq. Tərəflər bir-birinin tələblərini qəbul etmədiyi müddətcə, atəşkəs pozulacaq”.

Müsahibimiz vurğulayıb ki, İranın əlində Hörmüz boğazı mövcuddur və bu boğazın təsiri dünyada atom bombasının effektindən daha güclüdür: “Çünki atom bombasının təsiri lokal xarakter daşıyır. Amma Hörmüz boğazının bağlanması, oradan keçən gəmilərin məhdudlaşdırılması dünya iqtisadiyyatına, neftin və zəruri məhsulların qiymətlərinə çox ciddi təsir edən amildir. İran Hörmüz boğazının tam açılması prosesini mümkün qədər uzadacaq və bunu əlində təsir rıçağı etməyə davam edəcək. ABŞ və İsrail də öz məqsədlərinə çatmayanadək İrana qarşı hücumları sürdürəcək. Qısamüddətli atəşkəs mümkündür, amma böyük razılaşma mümkün görünmür”.

Fuad Abbasov: Müharibənin 40 günlə tamamilə başa çatacağını demək doğru olmaz

Həmsöhbətimiz Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur sözlərini xatırladıb:

“Çörçil müharibə zamanı demişdi ki, “bu, bir son deyil, bu, heç sonun da başlanğıcı deyil. Bu, başlanğıcın sonudur”. Yəni ABŞ və İsrail cütlüyünün İrana qarşı apardığı bu müharibənin atəşkəs elan edilməsi başlanğıcın sonudur”.

Fuad Abbasov qeyd edib ki, bu müharibə uzun illər davam etməsi gözlənilən bir qarşıdurmadır. Çünki bu müharibəyə çox uzun vaxt ərzində hazırlıq gedib. Dediyinə görə, həm İran, həm də ABŞ və İsrail bu savaşın əvvəlcədən planlaşdırıblar:

“Ona görə də bu müharibənin 40 günlə tamamilə başa çatacağını demək doğru olmaz”.

Aydın Baxış

Seçilən
13
1
bakivaxti.az

2Mənbələr