ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxda avtomobil piyadanı vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
26 yaşlı Kazımov Anar Rəhman oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən 74 yaşlı İsmayılov Faiq Məcid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.