AZ

İTV Baş direktoru gedir? Balakişi Qasımov yeni vəzifə gözləyir

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yeni baş direktorun seçkisi may ayında olacaq. Belə ki, 2018-ci ilin may ayından İTV-yə rəhbərlik edən Balakişi Qasımovun səlahiyyət müddəti də mayda başa çatacaq. B.Qasımovun vəzifədə qalıb-qalmayacağı məsələsinə yenidən baxılacaq.

İTV dəhlizlərində dolaşan söhbətlərə görə, Balakişi Qasımov yeni vəzifə arzulayır. Bu istəyi reallaşmayacağı halda isə, Qasımov hazırkı vəzifəsinə yenidən iddialı olacaq.

Qanunvericiliyə əsasən, baş direktorun seçilməsi  barədə qərarı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası qəbul edir.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə baş direktor 4 il müddətinə seçilir və onun təkrar seçilmək hüququ mövcuddur. Onu da bildirək ki, Balakişi Qasımov 2022-ci il mayın 24-də ikinci müddətə İTV-nin baş direktoru seçilib.

Murad Məmmədli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
9
bakivaxti.az

10Mənbələr