AZ

Azərbaycan Premyer Liqası: “Karvan Yevlax” “Kəpəz” ilə üz üzə

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün futbol üzrə Misli Premyer Liqasının 27-ci turunun oyunu “Karvan-Yevlax” “Kəpəz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:30-da start götürəcək turun mərkəzi qarşılaşmasını Nicat İsmayıllı idarə edəcək.

“Karvan-Yevlax” səkkiz xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 21 xala malik “Kəpəz” isə onuncudur.

Misli Premyer Liqası

Dördüncü dövrə, 27-ci tur

10 aprel

15:30. “Karvan-Yevlax” - “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Emin Əliyev.

AVAR: Elçin Məsiyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Novruz Əzimov.

Yevlax şəhər stadionu

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr