AZ

Vətən sevgisi ilə ürəklərə köçənlərə dərin hörmət

Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük

haqq savaşımızda  Masallıdan çox sayda gənc

Vətənin harayına  birincilər sırasında səs

verib, yağıya qarşı  son damla qanına qədər

döyüşüb, şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanlıq salnaməsi yazaraq  xalqımıza 

şanlı qələbə yaşadan mərd igidlər rayonumuzda heç vaxt unudulmur.

Rayonda kiçik də, böyük də Vətən şəhidlərinin xatirəsini əziz tutmağı, onları

yad etməyi özlərinə müqəddəs borc bilirlər. Rayon icra hakimiyyətində  isə  bu

sonsuz ehtiram örnək olası bir ənənə halını alıb. Rayon rəhbərliyi şəhid ailələrini,

müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların

qayğılarını öyrənir, yaranan problemin qarşısını almaq üçün tədbirlər görür.

Bu günlər RİH-in başçısı Araz Əhmədov, aparatın Müharibə

iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm

Hadiyev, şöbə müdirinin müavini Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri,

şəhid ailələri və vətəndaşların iştirakı ilə 

rayonun Güllütəpə  ərazisində  şəhidlərin 

baş qoyduğu müqəddəs yerləri ziyarət edib, qəbirüstü abidələrin önünə tər

gül dəstələri düzüblər.

Ziyarət zamanı o da 

vurğulanıb  ki,  şəhidlik ən ali zirvədir. Yalnız Vətən,

torpaq yolunda canından keçənlər ona sahib olurlar. Bundan böyük şərəf və qürur

yoxdur. Qərinələr ötsə  belə şəhidlərin

adı unudulmayacaq və daim qəlblərdə yaşayacaq. Onların şərəfli ömür

yolları  gələn nəsillər üçün örnək

olacaq.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya

görə  ölkə rəhbərliyinə, ziyarətdə

iştirak edən hər kəsə razılıqlarını 

bildiriblər.

 

Zəfər ORUCOÜLU

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr