AZ

MPL: Kəpəz Karvan Yevlax la qarşılaşır

Fanat saytına istinadən ain.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürür. 

Fanat.Az xəbər verir ki, turun açılış oyunu Yevlaxda baş tutacaq.

"Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i sınağa çəkəcək. Saat 15:30-da başlayacaq matç Nicat İsmayıllıya həvalə olunub.

Autsayder mövqeyində qərarlaşan Fizuli Məmmədovun komandası eyni arenadan yararlanan gəncəliləri yenə bilməsə, elitada qala bilməyəcəyi böyük ölçüdə dəqiqləşəcək. 

Tərəflər arasında ilk dövrədəki görüşdən "Karvan-Yevlax" 3:2, ikinci dövrədə isə "Kəpəz" 2:1 hesablı qələbə qazanıb. Başqa szölə, üçüncü duel birinin digəri üzərində üstünlük əldə etməsi üçün də fürsət ola bilər.

Qeyd edək ki, turun qalan oyunları 11-12 apreldə keçiriləcək.

Misli Premyer Liqa

27-ci tur

10 aprel

15:30. "Karvan-Yevlax" – "Kəpəz"

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Emin Əliyev, Elçin Məsiyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Novruz Əzimov.

Yevlax şəhər stadionu.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
fanat.az

1Mənbələr