Venesuela Prezidenti vəzifəsini icra edən Delsi Rodriqez Qrenadaya rəsmi səfərə gedib.
Bu haqda VTV məlumat yayıb.
Bu səfər onun dövlət başçısı kimi ilk xarici səfəridir.
Qeyd edək ki, fevralın 12-də Rodriges ABŞ-yə səfər etmək üçün dəvət aldığını açıqlayıb. Bununla belə, o qeyd edib ki, səfər yalnız “əməkdaşlıq qurulduqdan” sonra baş tutacaq.
Xatırladaq ki, Venesuelanın Ali Məhkəməsi ABŞ-də Nikolas Maduronun həbsindən sonra ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə həvalə edib.
"Cebheinfo.az"