AZ

Öz əlinizlə oğruya kömək edirsiniz Ustalar sirri açdı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə təhlükəsizlik üçün demək olar ki, hər evdə dəmir qapılardan istifadə olunur. Lakin bir çox insan qapını kilidləyərkən fərqində olmadan oğrular üçün şərait yaradır. Çilingərlər dəmir qapıların asanlıqla açılmasının səbəblərini və düzgün kilidləmə qaydasını izah ediblər.Geniş yayılmış yanlış fikirlərdən biri qapını üç dəfə kilidləməyin daha etibarlı olmasıdır. Təcrübəli ustalar isə bunun tam əksini iddia edirlər. Onların fikrincə, ən təhlükəsiz üsul qapını iki dəfə kilidləməkdir. Üçüncü dövriyyə mexanizmi lüzumsuz yerə gərginliyə salır, zamanla kilidin milini aşındırır və qırılma riskini artırır. İki dəfə kilidləmək isə mexanizmin ən səmərəli və dayanıqlı işlədiyi vəziyyət hesab olunur.İkiqat kilidləmə zamanı qapı ilə çərçivə arasındakı əlaqə daha balanslı və möhkəm olur. Bu vəziyyət oğruların ling və ya digər alətlərlə göstərdiyi təzyiqə qarşı daha güclü müqavimət nümayiş etdirir. Üç dəfə kilidləmək isə əksinə, kilidi zəiflədir və uzunmüddətli perspektivdə mənzilin müdafiə qabiliyyətini aşağı salır.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
demokrat.az

1Mənbələr