AZ

İranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA

ABŞ Prezidenti Donald Tramp İranı tankerlərin Hörmüz boğazından keçidi üçün ödəniş almamağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında paylaşım edib.

“İranın Hörmüz boğazından keçən tankerlərdən ödəniş aldığına dair məlumatlar var. Ümid edirəm ki, bu belə deyil. Əgər doğrudursa, onlar bunu dərhal dayandırmalıdır”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 8-də ABŞ-nin İranın boğazdan keçən gəmilərdən ödəniş almasına qarşı olduğunu bəyan edib. Bununla yanaşı, Vaşinqton və Tehranın bu məsələdə birgə fəaliyyət imkanının növbəti iki həftə ərzində müzakirə olunacağı bildirilib.

Seçilən
44
1
editor.az

2Mənbələr