AZ

Azərbaycanda daşımalar üçün yeni gömrük mexanizmi hazırlanır

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalardaəvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək.

Trend-in əldəetdiyi məlumata görə, ilin sonunadək bununla bağlı normativ hüquqibaza təkmilləşdiriləcək.

Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləriüçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemininqurulması məqsədilə normativ hüquqi bazanıtəkmilləşdirilməlidir.

Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalardaəvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlhamƏliyevin Sərəncamı ilə təsdiq edilən “EtibarlıTərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.

Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi vəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ciillərdə daşıyıcılara dair normativ hüquqi bazanıntəkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin dövlətsərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təminolunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədiləbeynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemininhazırlanması, daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunanməlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsitapşırılıb.

Seçilən
18
8
az.trend.az

10Mənbələr