AZ

Meksikada "Olmeka" neft emalı zavodunda yanğın baş verib

Meksikada "Olmeka" neft emalı zavodunda yanğın baş verib

Meksikanın cənubundakı Tabasko ştatının Dos-Bokas limanında yerləşən "Olmeka" neft emalı zavodunun (NEZ) koks anbarında yanğın baş verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət neft-qaz şirkəti "Pemex" "X" sosial şəbəkəsində məlumat yayıb.

"Olmeka NEZ-in koks anbarında yanğın qeydə alınıb. Rayonun bütün fövqəladə hallar xidmətləri hadisə yerində işləyir", — deyə paylaşımda qeyd olunub.

Şirkət vurğulayıb ki, hələlik hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Hazırda yanğının söndürülməsi və alovun digər sahələrə keçməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, "Olmeka" zavodu Meksikanın enerji müstəqilliyini təmin etmək məqsədilə inşa edilən ən mühüm strateji obyektlərdən biri hesab olunur.

Seçilən
14
afn.az

1Mənbələr