AZ

İranın Ali lideri Körfəz ölkələrinə müraciət etdi

İranın yeni Ali lideri Müctəba Xameneyi Fars körfəzi ölkələrinə müraciət edərək region qonşularını “düzgün tərəfi seçməyə” çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Dövlət televiziyasının diktoru tərəfindən oxunan bəyanatda deyilir ki, ölkəyə hücum edən cinayətkar təcavüzkarlar rahat buraxılmayacaq və hər kəs bunu bilməlidir.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, ölkə rəhbərliyi İslam Respublikasına artıq zərbələr endirilməməsi şərti ilə Amerika Birləşmiş Ştatları və İsrail ilə müharibəni bitirməyə hazırdır.

Seçilən
34
publika.az

1Mənbələr