AZ

Fransa nəhəngi Aston Villa nın yarımmüdafiəçisinə elçi düşüb

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

PSJ "Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers üçün İngiltərə nəhəngləri ilə rəqabət aparmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 

Bir müddət əvvəl mətbuatda 23 yaşlı yarımmüdafiəçinin "Arsenal", "Çelsi" və "Mançester Yunayted"in də maraq dairəsində olduğu ilə bağlı xəbərlər yayılıb.

Mənbənin sözlərinə görə, fransızlar Rocersi heyətinə qatmaqda israrlıdır. Birmingemlilər isə oyunçusunu 90 milyon avrodan ucuz satmaq fikrində deyillər. Hətta təkliflər çox olacağı təqdirdə yarımmüdafiəçinin qiyməti 100 milyon, bonuslarla bir yerdə 120 milyon avroya qədər yüksələ bilər.

Qeyd edək ki, bu məbləğin bir hissəsi "Midlsbro"ya gedəcək. İki klub arasında əldə olunan razılaşmaya əsasən gələcək satışdan əldə olunan gəlirin 20 faizini "Aston Villa" bu kluba köçürməlidir. Birmingem klubu Rocersi 17,5 milyon avroya alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sport24.az

1Mənbələr