AZ

Gözlər Pakistandadır Birjalar yüksəlişlə açıldı

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və İran arasında Pakistanda keçiriləcəyi gözlənilən yüksəksəviyyəli danışıqlardan əvvəl qlobal maliyyə bazarlarında artım müşahidə olunub.

“Qafqazinfo” xəbər verir ki, görüşün əsas mövzularından birinin Hörmüz boğazında enerji daşımalarının gələcəyi olacağı bildirilir.

Cümə günü Asiya birjalarında əsas indekslər yüksəlişlə açılıb. Honkonqun “Hang Seng Index” indeksi 1,1%, Çinin “Shanghai Composite Index”i isə 1% artıb. Yaponiyanın “Nikkei 225” indeksi 1,5%, Cənubi Koreyanın KOSPI göstəricisi isə 1,8% yüksəlib.

Eyni zamanda, neft bazarında da artım qeydə alınıb. ABŞ-nin Qərbi Texas markalı nefti (WTI) 0,7% artaraq, 98,55 dollar, qlobal etalon olan “Brent” nefti isə 0,4% artaraq, 96,30 dollar səviyyəsinə çatıb.

Bildirilir ki, investorların diqqəti ABŞ və İran arasında keçiriləcək danışıqlara yönəlib. Görüşün nəticələrinin Hörmüz boğazı vasitəsilə enerji tədarükü və qlobal bazarlardakı riskləri müəyyənləşdirə biləcəyi qeyd olunur.

Xatırladaq ki, ötən günlərdə atəşkəs və diplomatik razılaşma ehtimalları fonunda neft qiymətlərində kəskin eniş, səhmlərdə isə artım müşahidə olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
qafqazinfo.az

2Mənbələr