AZ

Trampdan tanınmış jurnalistlərə ağır təhqirlər: "Aşağı İQ-lü psixopatlar"

ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" platformasında ölkənin ən məşhur media simalarını hədəf alan qalmaqallı paylaşım edib. O, uzun illərdir ona qarşı müxalif mövqedə olan jurnalistləri ağır ifadələrlə tənqid atəşinə tutub.

Musavat.com xəbər verir ki, Tramp Taker Karlson, Meqan Kelli, Kendis Ouens və Aleks Consu "aşağı İQ-lü axmaqlar" adlandıraraq, onların illərdir ona qarşı mübarizə aparmasının səbəbini açıqlayıb. Prezidentin iddiasına görə, bu şəxslərin əsas məqsədi terrorun əsas sponsoru olan İranın nüvə silahına sahib olmasına şərait yaratmaqdır. Tramp qeyd edib ki, bu jurnalistlərin hər biri vaxtilə televiziyalardan qovulub, verilişləri bağlanıb və hazırda heç kim tərəfindən ciddi qəbul olunmurlar.

"Onlar sadəcə ucuz reklam naminə hər şeyi deyə biləcək psixopatlar və fitnəkarlardır" – deyən Tramp, xüsusilə Taker Karlsonu hədəf alaraq, onun kolleci belə bitirə bilmədiyini vurğulayıb. ABŞ lideri Karlsona "yaxşı bir psixiatra müraciət etməyi" məsləhət görərək, bu insanların ailələrinin belə onların səviyyəsindən xəbərdar olduğunu iddia edib. Bu kəskin bəyanatlar ABŞ media məkanında yeni bir mübahisə dalğasına səbəb olub.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr