İrana qarşı əməliyyat zamanı 380-dən çox ABŞ əsgəri yaralanıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Military Times" qəzeti Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Portal yazır ki, İrana qarşı Epik Qəzəb Əməliyyatının başlamasından keçən 40 gün ərzində 13 amerikalı hərbçi həlak olub, 381 nəfər yaralanıb.
Son məlumata görə, Hərbi Dəniz Qüvvələrinin 63, ABŞ Hərbi Hava Qüvvələrinin 40, Dəniz Piyadaları Korpusunun 19 və Quru Qoşunlarının 258 nəfər yaralanıb.
Yaralananlardan 44-ü qadın, 332-si isə kişi cinsinə mənsubdur. Dörd hərbçi haqqında məlumat verilməyib. Rəsmi təsdiqlənmiş ölənlərin sayı hazırda 13 nəfərdir.
Elvin
Ölkə.az