AZ

Almaniyada Holokost TƏHSİLİ: Məktəblilər tez-tez həbs düşərgələrinə GÖNDƏRİLƏCƏK

Almaniyalı məktəblilər konsentrasiya düşərgələrinə daha tez-tez göndəriləcək.

İnterpress.az xəbər verir ki, bu barədə “The Daily Mirror” məlumat yayıb.

Almaniyada məktəblilərin keçmiş konsentrasiya düşərgələrinə ekskursiyalarının intensivləşdirilməsi barədə qərar qəbul edilib.

Bu addım Holokost dəhşətlərinin gənc nəsil tərəfindən unudulması ilə bağlı yaranan narahatlıqlar fonunda atılıb.

Yeni strategiyaya əsasən, hər il 12 mindən çox gəncin tarixi düşərgələri ziyarət etməsi nəzərdə tutulur.

Məqsəd şagirdlərin tarixi hadisələr haqqında daha dərindən məlumatlanması və keçmişin faciələrinin bir daha təkrarlanmaması üçün maarifləndirmə işlərinin gücləndirilməsidir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
70
interpress.az

1Mənbələr