AZ

“Orion” astronavtları 54 dəqiqəlik Günəş tutulmasını LENTƏ ALDI – FOTO

“Orion” kosmik gəmisində astronavtlar 54 dəqiqə davam edən Günəş tutulmasını lentə alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” missiyası çərçivəsində “Orion” kosmik gəmisində olan astronavtlar unikal bir təbiət hadisəsini müşahidə ediblər.

Ayın Günəşi tamamilə örtməsi nəticəsində yaranan Günəş tutulması astronavtların müşahidə mövqeyindən 54 dəqiqə davam edib.

NASA-nın yayımladığı şəkillərdə Ayın Günəş diskini tamamilə bağladığı anlar əks olunub.

“Orion” gəmisindəki mövqedən baxdıqda Ay Günəşi bütöv şəkildə örtəcək qədər böyük görünüb və bu, astronavtlara bir saata yaxın davam edən tam qaranlıq fazasını müşahidə etməyə imkan verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr