AZ

Qonşu ölkədə ZƏLZƏLƏ OLDU

Cənubi Qafqaz regionunda növbəti seysmik aktivlik qeydə alınıb. Ermənistanın Gürcüstanla həmsərhəd bölgəsində zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, yeraltı təkanların gücü 3,3 bal təşkil edib. Zəlzələnin mərkəzinin sərhəd zonasına yaxın ərazidə yerləşdiyi bildirilir.

Təkanlar yerli sakinlər tərəfindən hiss olunsa da, ilkin məlumatlara görə, hadisə nəticəsində hər hansı dağıntı və ya xəsarət alan olmayıb.

Sara
NOCOMMENT.az

Seçilən
26
nocomment.az

1Mənbələr