AZ

Bulvarda həyəcanlı anlar: Gənc qız son anda xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Far.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb ediliblər.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Nuridə Tapdıq qızı Əliyeva dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Seçilən
34
34
far.az

10Mənbələr