UEFA Çempionlar Liqasının bu həftənin ən yaxşı futbolçularından ibarət rəmzi komandasını təqdim edib.
90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, simvolik “11-lik”də qapını “Bavariya”nın qapıçısı Manuel Noyer qoruyur.
Qapıçı: Manuel Noyer (Bavariya)
Müdafiəçilər: Yosip Stanisiç (Bavariya), Markinyos (PSJ), Roben Le Norman (Atletiko Madrid), Maksimiliano Araujo (Sportinq)
Yarımmüdafiəçilər: Coşua Kimmix (Bavariya), Joau Neveş (PSJ), Kai Haverts (Arsenal)
Hücumçular: Lamin Yamal (Barselona), Xviça Kvaratsxeliya (PSJ), Xulian Alvares (Atletiko Madrid)
Turnirin finalı Puşkaş Arena-da 30 may 2026-cı il tarixində keçiriləcək. Hazırkı Çempionlar Liqası qalibi PSJ-dir.