AZ

Yeniyetmə "bayquşlar" kimlə qarşılaşacaq?

“Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında keçirdiyi ikinci matçda Almaniya təmsilçisi “Porşe BBA Lüdviqsburq”u məğlub etməklə qrupda 2-ci yeri tutub. Yeniyetmə “bayquşlar” bununla da 5-8-ci yerlər uğrunda oynamaq imkanı qazanıb. “Sabah” sabah Bosniya və Hersoqovina təmsilçisi “Borats”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Xatırladaq ki, oyunlar Bosniya və Hersoqovinanın Laktaşi şəhərində keçirilir.

Seçilən
16
1
football-plus.az

2Mənbələr