AZ

Keyn MHL-in tarixinə düşdü

“Detroyt”un hücumçusu Patrik Keyn cümə günü “Filadelfiya” ilə oyunda (4:2) qol vurdu və iki məhsuldar ötürmə verdi. 37 yaşlı hokkeyçi MHL-də keçirdiyi 1362-ci oyunda 1393-ə (506+88) çatdırdı. O, Brett Hallı (1391) arxada qoymaqla MHL tarixinə ən məhsuldar amerikalı kimi düşdü (Hall Kanadada doğulsa da, beynəlxalq səviyyədə ABŞ-ni təmsil edib).

“Pittsburq”un hücumçusu Yevgeni Malkin bazar günü “Florida” ilə oyunda (9:4) iki qol vurdu və bir məhsuldar ötürmə verdi. 39 yaşlı rusiyalı MHL tarixinə Şimali Amerika hüdudlarından kənarda doğulan, 1400 xal həddinə çatan 5-ci hokkeyçi kimi düşdü. Ona qədər bu hədəfə çatmağı Teemu Selyanne (1457), Sten Mikita (1467), Aleksandr Oveçkin (1682) və Yaromir Yaqr (1921) bacarıb. Malkin MHL-də keçirdiyi 1266 oyunda 1402 (531+871) xal toplayıb.

“Kolorado” ilə “Dallas”ın növbəti mərhələyə vəsiqə qazandığını xəbər vermişdik. Bu siyahıda yeni komandalar da var. Cümə günü “Minnesota” ilə “Karolina” da pley-offa vəsiqəni təmin etdi. “Karolina” 2019-dan bəri ardıcıl 8-ci dəfə bu uğura nail olmaqla klub rekordu müəyyənləşdirdi. “Minnesota” isə 2013-dən bəri 12-ci dəfə pley-offa adladı ki, heç bir başqa komanda göstərilən zaman kəsiyində eyni uğuru qazanmayıb.

Şənbə günü “Reyncers” “Detroyt”a qalib gəldi (4:1) və “Baffalo” bunun sayəsində pley-offda yerini təmin etdi. “Seybrz” 2011-ci ildən bəri ilk dəfə Stenli kuboku uğrunda oynayacaq. Dünən isə “Monreal” da pley-offa vəsiqə qazandı.

Amma bu yarışın uğursuzları da var. Son iki mövsümdə Stenli kubokunu qazanan “Florida” qələbə seriyasını 3-ə çatdıra bilməyəcək. “Panterz” səfərdə “Pittsburq”a məğlub olandan (4:9) sonra bu şansı itirdi.

3 aprel
Karolina – Kolambus 5:1 (3:0, 1:1, 1:0)
Nyu-Cersi – Vaşinqton 7:3 (3:2, 1:0, 3:1)
Ottava – Baffalo 4:1 (0:0, 1:1, 3:0)
Reyncers – Monreal 2:3 (0:0, 0:2, 2:1)
Tampa-Bey – Pittsburq 6:3 (1:2, 3:0, 2:1)
Filadelfiya – Detroyt 2:4 (0:1, 1:1, 1:2)
Florida – Boston 2:1 (2:1, 0:0, 0:0)
Dallas – Vinnipeq 3:0 (2:0, 1:0, 0:0)
Minnesota – Vankuver 5:2 (1:2, 2:0, 2:0)
Edmonton – Çikaqo 3:1 (0:0, 2:0, 1:1)
Veqas – Kalqari 6:3 (0:1, 3:2, 3:0)
San-Xose – Toronto 4:1 (2:0, 1:1, 1:0)
Sietl – Yuta 2:6 (2:1, 0:2, 0:3)
Los-Anceles – Neşvill 4:5 B (0:2, 3:2, 1:0, 0:0)

4 aprel
Aylenders – Filadelfiya 1:4 (0:2, 1:1, 0:1)
Anahaym – Sent-Luis 2:6 (2:3, 0:2, 0:1)
Reyncers – Detroyt 4:1 (1:0, 1:0, 2:1)
Ottava – Minnesota 1:4 (0:2, 0:1, 1:1)
Dallas – Kolorado 0:2 (0:0, 0:0, 0:2)

5 aprel
Pittsburq – Florida 9:4 (2:2, 6:0, 1:2)
Tampa-Bey – Boston 3:1 (0:0, 0:1, 3:0)
Vankuver – Yuta 4:7 (1:2, 1:2, 2:3)
Vaşinqton – Baffalo 6:2 (3:2, 1:0, 2:0)
Karolina – Aylenders 4:3 (1:1, 2:1, 1:1)
Kolambus – Vinnipeq 1:2 (1:0, 0:1, 0:1)
Los-Anceles – Toronto 7:6 OT (0:2, 3:2, 3:2, 1:0)
Nyu-Cersi – Monreal 3:4 B (0:1, 2:2, 1:0, 0:0)
Anahaym – Kalqari 3:5 (1:1, 0:3, 2:1)
San-Xose – Neşvill 3:6 (0:3, 2:0, 1:3)
Sietl – Çikaqo 2:4 (0:0, 0:2, 2:2)
Edmonton – Veqas 1:5 (0:1, 1:2, 0:2)
Detroyt – Minnesota 4:5 (1:0, 0:4, 3:1)
Filadelfiya – Boston 2:1 OT (1:0, 0:0, 0:1, 1:0)

6 aprel
Ottava – Karolina 6:3 (2:2, 1:0, 3:1)
Monreal – Nyu-Cersi 0:3 (0:1, 0:1, 0:1)
Reyncers – Vaşinqton 8:1 (1:1, 5:0, 2:0)
Kolorado – Sent-Luis 2:3 (1:1, 1:1, 0:1)

Seçilən
32
football-plus.az

1Mənbələr