AZ

Övladını tərk edənləri hansı cəza gözləyir? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Zibil qutusuna atılan körpələr, xəstəxana dəhlizində tərk edilən qundaqlar və bir də vicdanını həmin o küncdə qoyub gedən valideynlər. Son vaxtlar oxuduğumuz hər xəbər adamın boğazında düyünlənib qalır. Bir canı dünyaya gətirmək hələ valideyn olmaq demək deyilmiş. Cəmiyyət olaraq bu ağrını içimizdə çəkirik, hər dəfə də eyni sualı veririk. İnsan öz övladını necə və hansı hisslə taleyin ümidinə buraxıb gedə bilər?Bu məsələnin mənəvi tərəfi bir dərddirsə, hüquqi tərəfi başqa bir reallıqdır. Demokrat.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı maraqlı məqamlara toxunub. O qeyd edir ki, əgər valideyn övladından qanuni yolla imtina edirsə və uşaq müvafiq qaydada dövlət müəssisəsinə yerləşdirilirsə, bu halda valideyn üçün birbaşa cəza nəzərdə tutulmur. Lakin burada incə bir xətt var. Əgər uşaq köməksiz vəziyyətdə, həyatı təhlükədə olacaq şəkildə küçəyə və ya hər hansı ictimai yerə atılırsa, bu artıq cinayət məsuliyyəti yaradır.“Lakin şəxs valideynlik hüquqlarından məhrum edilsə belə, uşağın saxlanması üçün onsuz da aliment ödəməlidir. Azərbaycanda qanunvericilik övladını təhlükəli vəziyyətdə qoyan və ya ona qarşı qəddar rəftar edən valideynlər üçün cinayət məsuliyyəti də nəzərdə tutur. Bununla yanaşı, uşaqların tərbiyəsi və saxlanması vəzifələrini yerinə yetirməməyə görə inzibati tənbeh tədbirləri, o cümlədən xəbərdarlıq və cərimələr tətbiq oluna bilər. Ümumilikdə isə bu mövzu daha çox hüquqi çərçivədən kənara çıxan mənəvi məsələ kimi qiymətləndirilir. Dövlət uşağın maraqlarını qorumaq məqsədilə həm maddi təminatın davamlılığını, həm də qəyyumluq və övladlığa götürmə kimi alternativ baxım proseslərini nəzarətdə saxlayır”.Qeyd edək ki, Tovuz rayonunda valideynlər üç övladından imtina ediblər. Ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib. Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018). Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.Leyla Turan

Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
demokrat.az

1Mənbələr