AZ

Aİ-nin 6 ölkəsi ABŞ-ı müttəfiqdən çox təhdid olaraq görür - Sorğu

Aİ-nin 6 ölkəsi ABŞ-ı müttəfiqdən çox təhdid olaraq görür - Sorğu

Avropa İttifaqına (Aİ) üzv 6 ölkədə aparılan rəy sorğusu Donald Trampın rəhbərlik etdiyi ABŞ-ın müttəfiqdən daha çox təhdid kimi qəbul edildiyini ortaya qoyub.

AFN.az xəbər verir ki, "Politico Pulse" tərəfindən 13-21 mart tarixlərində Belçika, Fransa, Almaniya, İtaliya, Polşa və İspaniyada 6698 nəfərin iştirakı ilə keçirilən sorğunun nəticələrinə əsasən, iştirakçıların yalnız 12 faizi ABŞ-ı yaxın müttəfiq hesab edir, 36 faizi isə onu təhlükə mənbəyi kimi görür.

Maraqlıdır ki, sorğu iştirakçılarının 29 faizi Çini təhdid kimi xarakterizə etdiyi halda, Belçika, Almaniya, İtaliya və İspaniya vətəndaşları Vaşinqtonu Pekindən daha böyük təhlükə hesab edirlər. Rusiya isə respondentlərin 70 faizi tərəfindən ortaq təhdid kimi qəbul olunur.

Aİ daxilində ABŞ-a ən mənfi münasibət bəsləyən ölkə İspaniyadır ki, burada iştirakçıların 51 faizi Vaşinqtonun Avropa üçün təhlükə yaratdığı qənaətindədir. Bununla belə, iştirakçıların 76 faizi hər hansı NATO müttəfiqi hücuma məruz qalarsa, öz ordularının köməyə göndərilməsini dəstəkləyir, bu göstərici hücuma məruz qalan ölkə Aİ üzvü olduqda 81 faizə yüksəlir.

Sorğu həmçinin göstərib ki, respondentlərin 86 faizi Avropanın öz müdafiə qabiliyyətini inkişaf etdirməli olduğu fikrindədir, 69 faizi isə milli ordularla yanaşı ortaq Avropa hərbi gücünün yaradılması ideyasını dəstəkləyir. Ukraynaya dəstək məsələsində isə rəylər bölünüb: 34 faiz yardımların yetərsiz olduğunu, 31 faiz mövcud səviyyənin düzgün olduğunu, 30 faiz isə Avropanın həddindən çox dəstək verdiyini düşünür.

Seçilən
37
afn.az

1Mənbələr