AZ

ADY də mart ayında yükdaşımalar artıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 aprel, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2026-cı ilin mart ayında yükdaşıma sahəsində yüksək nəticələr əldə edib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 1,6 milyon tondan çox yük daşınaraq ötən ilin müvafiq ayının göstəricisi ilə müqayisədə 17 faiz artım qeydə alınıb.

Eyni zamanda, tranzit daşımalarında da müsbət dinamika müşahidə olunub. Mart ayı ərzində 690 min tondan artıq tranzit yük daşınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
3
azertag.az

5Mənbələr