BAKI, 9 aprel. TELEQRAF
Azərbaycan Dəmir Yolları 2026-cı ilin mart ayında 1.6 milyon tondan çox yük daşıyaraq ötən ilin eyni dövrünün göstəricisini 17 faiz üstələyib.
Teleqraf xəbər verir ki, keçən ay daşınmış 690 min tondan çox tranzit yük həcmi 2025-ci ilin mart ayına nisbətən 21 faiz çox olub.