AZ

Livan hökumətindən Hizbullah qərarı: İsraillə birləşərək hərəkətə keçdilər

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Livan hökuməti orduya, polisə və təhlükəsizlik qüvvələrinə Beyrutu dövlət nəzarətində olmayan silahlardan təmizləməyi tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu, İsrailin Livan paytaxtındakı Hizbullah hədəflərinə kütləvi hücumlarından sonra baş verib.

Hökumət iclasından sonra Baş nazir Nəvaf Salam bildirib ki, ordu və təhlükəsizlik qüvvələrinə Beyrut qubernatorluğunda dərhal dövlət hakimiyyətini tam şəkildə qurmağa başlamaq və silahların yalnız qanuni hakimiyyət orqanlarının əlində olmasını təmin etmək əmri verilib.

Livan nümayəndəliyinin BMT-yə Livan hökumətinin Hizbullahın hərbi fəaliyyətini qanunsuz elan etmək qərarı barədə məlumat verdiyi bildirilib.

Livan Daimi Nümayəndəsi Əhməd Ərəfa bu təlimatı Xarici İşlər Nazirliyindən şifahi olaraq alıb və BMT rəhbərliyinə məlumat vermək barədə təlimat qəbul edib. O, həmçinin Prezident Cozef Aunun İsrail ilə birbaşa danışıqlar çağırışını çatdırıb.

Bu gün Benyamin Netanyahunun ofisi Baş nazirin  Livanla birbaşa danışıqlara başlamaq qərarını elan edən bəyanat yayıb.

Bəyanatda deyilir: “Livanın İsrail ilə birbaşa danışıqlara başlamaq üçün dəfələrlə etdiyi xahişlərdən sonra dünən kabinet iclasında prosesin dərhal başlamasını əmr etdim. Danışıqlar Hizbullahın tərksilah edilməsinə və İsrail ilə Livan arasında dinc münasibətlərin qurulmasına yönələcək. İsrail Livan Baş nazirinin Beyrutun silahsızlaşdırılması ilə bağlı bugünkü çağırışını alqışlayır”.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr