AZ

Çimərlikdə ŞOK TAPINTI: 150-dən çox fosfor qumbarası AŞKARLANDI

Böyük Britaniyanın məşhur çimərliklərindən birində İkinci Dünya müharibəsindən qalma 150-dən çox fosfor qumbarası tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Böyük Britaniyanın Darem qraflığındakı populyar çimərliklərin birində istirahət edən şəxs ağır yanıq xəsarətləri alıb.

Buna səbəb qumda İkinci Dünya müharibəsindən qalma 150-dən çox şübhəli sursatın — fosfor qumbaralarının aşkar edilməsi olub.

İlkin ehtimala görə, bu sursatlardan biri hava ilə təmasda olduqda öz-özünə alışıb və nəticədə çimərlikdə olan şəxs xəsarət alıb.

Hadisə yerinə gələn hərbi mütəxəssislər tapılan sursatları zərərsizləşdirmək üçün nəzarətli partlayışlar həyata keçiriblər.

Hazırda ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb və əlavə yoxlamalar aparılır.

Polis və xilasetmə xidmətləri vətəndaşları həmin əraziyə yaxınlaşmamağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
32
interpress.az

1Mənbələr