Qala divarı aşındı, daşların bir qismi yerə töküldü...
Xezerxeber.az xəbər verir ki, son günlərdə yağışın normadan artıq yağması bu dəfə İçərişəhərin tarixi qala divarlarının aşınmasına səbəb olub. Nəticədə tarixi tikiliyə ziyan dəyib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan verilən məlumata görə, qabaqlayıcı və təhlükəsizliklə bağlı tədbirlər görülüb.
İdarədən o da bildirilib ki, tarixi divarın vəziyyətinin qorunması üçün monitorinqlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.