Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib.
Publika.az xəbər verir ki, Gürcüstan yığması ilə üz-üzə gələn Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda rəqibinə 2:4 hesabı ilə uduzub.
Tbilisi şəhərindəki İdman Sarayında baş tutan oyunda Azərbaycanın qollarını Nihad İsmayılov (22) və Kənan Manafov (38) vurublar.